EN

Komandası uduzdu, "Arsenal"ı sərt tənqid etdi

style='margin-bottom:10px;'>

İngiltərə Premyer Liqasının dünən keçirilən matçında "Brayton" öz meydanında lider "Arsenal" məğlub olub - 0:1.

QOL.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında meydan sahibi komandanın baş məşqçisi Fabian Hürzeler "Arsenal"ın oyununu tənqid edib. 33 yaşlı alman mütəxəssis deyib ki, rəqib komanda xeyli vaxt uzadıb.

“Axırda biz bununla bağlı nəsə etməliyik. Premyer Liqa yeni qaydalar tətbiq etməlidir, çünki "Arsenal"ın bu gün etdikləri futbol deyildi" - deyə o qeyd edib. 

Fabian Hürzeler daha sonra bildirib: "Sizə yalnız bir sual verəcəyəm: Premyer Liqa oyununda qapıçının bir matçda üç dəfə yerə oturduğunu heç görmüsünüz? Yox? Deməli əlavə deyəcəyim bir şey yoxdur.

Sonda hər şey oyun qaydalarından asılıdır. Əgər Premyer Liqa və onu təmsil edən hakim buna icazə verirsə, buna qarşı nəsə etmək çətindir. "Arsenal" öz futbol qaydalarını qurur, nə qədər yaxşı oynayıb-oynamamasından asılı olmayaraq.

Mən heç vaxt belə üsulla qalib gəlməyə çalışan məşqçi olmayacağam. Mən oyunçuları inkişaf etdirmək, onların daim təkmilləşərək meydanda futbol oynamasını istəyirəm.

Sonda belə olacaq ki, hər komanda vaxt udmaq üçün bu cür davranacaq. Buna görə də bir hədd olmalıdır və bu həddi Premyer Liqa və hakimlər müəyyən etməlidir. Hələlik isə onlar istədiklərini edə bilirlər".

Chosen
12
1
teleqraf.com

2Sources