EN

Qlobal çağırışlar vergi idarəçiliyindən daha çox sürət, şəffaflıq və effektivlik tələb edir - DVX rəisi

Bakı. Trend:

Bu gün dünya sürətlə dəyişir. Qlobal çağırışlar vergiidarəçiliyindən daha çox sürət, şəffaflıq və effektivlik tələbedir. Bu reallıqda vergi sistemi artıq yalnız fiskal nəzarətfunksiyası yerinə yetirən qurum ola bilməz.

Trend xəbərverir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinin rəisi (DVX) Orxan Nəzərli bu gün Bakıda “Vergisistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslıqərarlar” mövzusunda keçirilən forumda deyib.

"Bizim yanaşmamız ondan ibarətdir ki, Dövlət Vergi Xidmətiiqtisadi proseslərə istiqamət verən, dəyər yaradan institutaçevrilməlidir. Bu yeni mərhələyə keçid xarici təzyiqlərin məcburinəticəsi deyil. Bu keçid daxildən başlayan transformasiyanınnəticəsidir. İdarəetmədə, qərarvermədə və məsuliyyət bölgüsündədəyişiklik etmədən davamlı inkişaf mümkün deyil.

Ötən il biz Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üçünstrategiyasını qəbul etdik və dərhal da onun icrasına başladıq.Strategiya bizim üçün idarəetmə modelidir. Bu model dəyişəniqtisadi mühitə çevik uyğunlaşmanı, aydın strateji baxışı vəuzunmüddətli missiyanı özündə birləşdirir. Strategiyamız dörd əsasdəyərə söykənir və bu dəyərlər gündəlik fəaliyyətimizdə konkretqərarlara çevrilir.

Burada əsas məsələ yalnız texnologiya və ya struktur deyil. Əsasməsələ düşüncə tərzinin və təşkilati mədəniyyətin dəyişməsidir.Şəffaflıq və etimad vergi ödəyiciləri ilə münasibətlərin təməlidirvə bu etimad olmadan dayanıqlı vergi sistemi qurmaq mümkün deyil.Hər bir strateji addımın ölçülə bilən nəticəsi olmalıdır.Məqsədimiz aydındır — ədalətli, şəffaf və dayanıqlı vergi sistemi",- o bildirib.

Chosen
100
az.trend.az

1Sources