EN

Azərbaycan Yüksək Liqası: XVI turun növbəti oyunları keçiriləcək

Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI turun növbəti qarşılaşmaları baş tutacaq.
 
Moderator.az xÉ™bÉ™r verir ki, oyun günü qadın voleybolçuların dueli ilÉ™ baÅŸlayacaq.
 
"Gəncə" komandası Gəncə İdman Sarayında UNEC-i qəbul edəcək. Görüş Saat 14:00-da start götürəcək.
 
Növbəti görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında "Gənclər" və "Milli Aviasiya Akademiyası" komandaları arasında keçiriləcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
 
Kişi voleybolçuların mübarizəsində isə saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında "Azərreyl" və "Murov Az Terminal" kollektivləri üz-üzə gələcəklər.
 
Qeyd edək ki, XVI turun oyunlarına martın 6-da yekun vurulacaq.
 
Chosen
9
5
moderator.az

8Sources