Şirniyyatsevərlərə pis xəbərimiz var. Məlum olub ki, şəkər xərçəng xəstəliyinin ən azı 13 növünün yaranma riskini artırır.
Hafta.az xəbər verir ki, bu barədə rusiyalı onkoloq Vladimir İvaşkov "YouTube" kanalında danışıb.
Həkim izah edib ki, rasionda şəkərin çox olması orqanizmdə xroniki iltihaba səbəb olur. Bunun nəticəsində xərçəng hüceyrələrinin inkişafı üçün əlverişli mühit yaranır:
"Onlar böyümək və yayılmaq üçün iltihab siqnallarından istifadə edirlər".
Bundan əlavə, İvaşkov şəkəri piylənmə epidemiyasının əsas səbəbi adlandırıb. Onun sözlərinə görə, bu xəstəlik nəticəsində ən azı 13 xərçəng növünün yaranma riski artır:
"ABŞ-də bütün onkoloji diaqnozların 40 faizi artıq çəki ilə bağlıdır. Bu, nəhəng rəqəmdir".