Azərbaycan I Liqasında çıxış edən Xaçmazın "Şimal" futbol klubu heyətini yeni legionerlə gücləndirib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bölgə təmsilçisi kot-d'ivuarlı 21 yaşlı hücumçu Qla Anj Donaldı transfer edib.
Futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Donald karyerası ərzində Moldovanın "Saksan" və Azərbaycanda "Mingəçevir" komandalarında çıxış edib. Hücumçunun "Şimal"ın heyətində 7 nömrəli forma ilə çıxış edəcəyi bildirilib.
Qeyd edək ki, "Şimal" hazırda I Liqanın turnir cədvəlində 8 xalla 10-cu pillədə qərarlaşıb.
II Liqada XVI tura yekun vuruldu
Millimizin heyəti açıqlanıb
“Zirə”nin kapitanı 200-ə çatdı
“Qarabağ” - “Şamaxı” matçının hakimi bəlli olub
“Araz-Naxçıvan”da iki yenilik