EN

Kürd qüvvələri İrana girir?

İraq Kürdüstanının lideri Neçirvan Bərzani bildirib ki, İraq Kürdüstanı Yaxın Şərqdəki silahlı münaqişədə iştirak etməyəcək.

Publika.az xəbər verir ki, o, bu açıqlamanı İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı verib.

Tərəflər regionda təhlükəsizliyin və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.

Onlar həmçinin münaqişənin daha da alovlanmasına səbəb ola biləcək hər hansı bir hərəkətə qarşı çıxıblar.

Bərzani bildirib ki, İraq Kürdüstanı regionda sabitləşdirici amil olaraq qalmaq niyyətindədir. O əlavə edib ki, regional hakimiyyət orqanları gərginliyin azaldılmasına və tammiqyaslı müharibənin qarşısının alınmasına yönəlmiş diplomatik səyləri dəstəkləyir.

Chosen
25
publika.az

1Sources