EN

“Çelsi” qalib gəlib, “Mançester Yunayted” məğlub olub –İngiltərə Premyer Liqası

İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilib.

Turun diqqət çəkən qarşılaşmalarından birində “Nyukasl Yunayted” doğma meydanda “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edib.

Digər matçda “Arsenal” səfərdə “Brayton”u minimal hesabla üstələyib. “Mançester Siti” ilə “Nottingem Forest” arasında keçirilən görüş isə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

“Çelsi” səfərdə “Aston Villa” üzərində 4:1 hesablı inamlı qələbə qazanıb. Turun başqa bir matçında “Fulhem” öz meydanında “Vest Hem”ə 0:1 hesabı ilə məğlub olub.

AzPost.az

Chosen
19
3
azpost.info

4Sources