EN

İran sərhədlərində vəziyyətin nəzarətdə olduğunu açıqladı

BAKI, 5 mart. TELEQRAF

İran Silahlı Qüvvələri ölkə sərhədlərində vəziyyətin tam nəzarət altında olduğunu və separatçı qruplaşmaların hər hansı addım atmasına imkan verilməyəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani açıqlama verib.

Onun sözlərinə görə, İraqdan kürd silahlı dəstələrinin guya İran ərazisinə daxil olması ilə bağlı yayılan məlumatlar fonunda belə bir xəbərdarlıq edilib.

“Separatçı qruplaşmalar hər hansı addım atmağa cəhd göstərərsə, onlara qarşı heç bir güzəşt olmayacaq. Silahlı Qüvvələr sərhəddə vəziyyətə tam nəzarət edir”, - deyə Laricani bildirib.

.

Chosen
40
8
teleqraf.com

9Sources