EN

Pezeşkian İspaniyaya təşəkkür etdi: SƏBƏBİ BU İMİŞ

İran prezidenti Masoud Pezeshkian İspaniyanın İranla bağlı mövqeyinə görə rəsmi Madridə təşəkkür edib. Musavat.com xəbər verir ki, Pezeşkian bunu yayımladığı açıqlamada bildirib.

İran prezidenti qeyd edib ki, İspaniyanın son hadisələr fonunda sərgilədiyi mövqe Qərb ölkələri arasında fərqli yanaşmanın mövcud olduğunu göstərir.

“İspaniyanın insan hüquqlarının kobud şəkildə pozulmasına və sionist-amerikan koalisiyasının İran kimi ölkələrə qarşı hərbi təcavüzünə qarşı məsuliyyətli davranışı göstərir ki, Qərbdə hələ də etik dəyərlər və oyanmış vicdan mövcuddur”, – deyə Pezeşkian bildirib. 

e18065c1-87bb-4919-bd6a-e401f1b9d01f.jpg

O, bu mövqeyə görə İspaniyanın rəsmi şəxslərinə təşəkkür etdiyini də vurğulayıb. 

Pezeşkianın sözlərinə görə, beynəlxalq münasibətlərdə ədalət və hüquq normalarının qorunması mühüm əhəmiyyət daşıyır və bəzi Qərb ölkələrinin bu istiqamətdə tutduğu mövqe diqqətəlayiqdir.

Qeyd edək ki, son günlər İran ətrafında baş verən hadisələr və ABŞ-İsrail xəttində artan hərbi-siyasi gərginlik fonunda bir sıra Avropa ölkələrinin mövqeyi müzakirə mövzusuna çevrilib.

 

Musavat.com

Chosen
33
4
musavat.com

10Sources