EN

Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olanAzərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindənnəqliyyat sektorunda təhlükəsizliyin, ekoloji göstəricilərin vətexniki uyğunluğun artırılması məqsədilə yeni dövlət standartlarıqəbul edilib.

TrendAZSTAND-a istinadən xəbər verir ki, qəbul olunan sənədlər BMT-ninAvropa İqtisadi Komissiyasının (UNECE) müvafiq qaydaları əsasındahazırlanıb:

AZS ECE 21:2026 “Nəqliyyat vasitələrinin daxili avadanlığı iləbağlı təsdiqinə dair vahid müddəalar”;
AZS ECE 51:2026 “Səs səviyyəsi baxımından ən azı 4 təkərə malikmexaniki nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahidmüddəalar”;
AZS ECE 85:2026 “Faydalı gücün və elektrik dartı sisteminin 30dəqiqəlik maksimal gücünün ölçülməsi baxımından M və N kateqoriyalımexaniki nəqliyyat vasitələrinin hərəkətə gətirilməsi üçün nəzərdətutulan daxili yanma mühərriklərinin və ya elektrik dartısistemlərinin rəsmi təsdiqinə dair vahid müddəalar”;
AZS ECE 16:2026 “Təsdiq üçün vahid müddəalar: I. Mühərrikləhərəkətə gətirilən nəqliyyat vasitələrinin sərnişinləri üçüntəhlükəsizlik kəmərləri, saxlayıcı sistemlər, uşaq saxlayıcısistemləri və ISOFIX uşaq saxlayıcı sistemləri; II. Təhlükəsizlikkəmərləri, təhlükəsizlik kəməri xatırlatma sistemləri, saxlayıcısistemlər, uşaq saxlayıcı sistemləri, ISOFIX uşaq saxlayıcısistemləri və i-ölçülü uşaq saxlayıcı sistemləri ilə təchiz edilmişnəqliyyat vasitələri”.

Bildirilib ki, yeni dövlət standartlarının qəbulu yol hərəkətitəhlükəsizliyinin gücləndirilməsini, nəqliyyat vasitələrininkonstruktiv və texniki göstəricilərinin beynəlxalq normativtələblərlə uyğunlaşdırılmasını, nəqliyyat vasitələrinin rəsmitəsdiq və istehsal uyğunluğu prosedurlarının daha datəkmilləşdirilməsini, eləcə də sərnişinlərin, xüsusilə uşaqlarınmühafizəsinin artırılmasını təmin edəcək.

Qeyd edək ki, bu dövlət standartları təhlükəsizlik kəmərləri vəuşaq tutucu sistemlərinə dair tələbləri, nəqliyyat vasitələrininsəs səviyyəsinə dair normativləri, daxili yanma mühərriklərinin vəelektrik dartı sistemlərinin faydalı gücünün ölçülməsi qaydalarını,həmçinin minik avtomobillərinin arxa görünüş güzgüsü və ya güzgüləristisna olmaqla salonun daxili hissələrinə, idarəetməelementlərinin düzülüşünə, dam və açılan dama, eləcə dəoturacaqların arxalığına və arxa hissələrinə dair tələbləri əhatəedir.

Sözügedən dövlət standartı layihələri Azərbaycan RespublikasıDaxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin sədrliketdiyi “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin(AZSTAND/TK 19) təqdimatı əsasında AZSTAND tərəfindən qəbul edilibvə Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxiledilib.

Chosen
7
12
az.trend.az

10Sources