EN

Xəyalənin avtomobili əlindən alınıb? - Aktrisadan açıqlama

Aktrisa Xəyalə Quliyeva “Maşın Şou”da qazandığı avtomobilin əlindən alınması xəbərini təkzib edib.

Hit.az xəbər verir ki, aktrisa nəqliyyat vasitəsinin əlindən çıxması ilə bağlı xəbərlərin yalan olduğunu deyib.

O, mübahisə predmeti olan avtomobilində video çəkib. X.Quliyeva bildirib:

“Səhər durmuşam, hamı mənə xəbər atır. Başa düşmürəm, bu məlumatları haradan alırlar? Niyə məndən soruşmurlar? Maşınımdayam, maşınımda da olacağam”. 

Xatırladaq ki, yayılan məlumatda Xəyalə Quliyevaya qarşı keçmiş ərinin məhkəmə iddiası qaldırdığı, birgə nikah dövründə əldə edilən əmlakların bölgüsünü tələb etdiyi bildirilib.

Chosen
10
1
hit.az

2Sources