EN

Türkmənistanın əfsanəvi milli atüstü oyunlar qrupundan Bakıda möhtəşəm şou

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 mart, AZƏRTAC

Martın 4-də Binə Atçılıq Mərkəzində Türkmənistan Prezidentinin Ahal-təkə atçılıq kompleksinin əfsanəvi "Galkynyş" (“Dirçəliş”) milli atüstü oyunlar qrupu möhtəşəm nömrələr nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, ilk dəfə Bakıda çıxış edən 2025-ci il Monte-Karlo Beynəlxalq Sirk Sənəti Festivalının baş mükafat qalibləri at üstündə mürəkkəb hərəkətlər nümayiş etdirib, mükəmməl sinxronluq, tryuklar, güclü dinamika və yüksək peşəkarlıq səviyyəsi ilə tamaşaçıların zövqünü oxşayıblar.

Şou proqramda, həmçinin Türkmənistan Dövlət Sirkinin və Arkadağ şəhərinin Göroğlu adına Dövlət Atçılıq Sirkinin artist və akrobatları tərəfindən rəngarəng nömrələr təqdim olunub.

Azərbaycan və Türkmənistan bayraqlarının at üstündə səhnəyə gətirilməsi ilə proqram başa çatıb.

Müxbir - Göyçək Mahmudlu

Fotoqraf - Orxan Kərimov

Videooperator - Namiq Abdullayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
1
azertag.az

2Sources