EN

Azərbaycanda nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) nəqliyyat sektorunda təhlükəsizliyin, ekoloji göstəricilərin və texniki uyğunluğun artırılması məqsədilə yeni dövlət standartları qəbul edib.

Publika.az bu barədə AZSTAND-a istinadən xəbər verir ki, qəbul olunan sənədlər BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) müvafiq qaydaları əsasında hazırlanıb:

AZS ECE 21:2026 "Nəqliyyat vasitələrinin daxili avadanlığı ilə bağlı təsdiqinə dair vahid müddəalar";

AZS ECE 51:2026 "Səs səviyyəsi baxımından ən azı 4 təkərə malik mexaniki nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";

AZS ECE 85:2026 "Faydalı gücün və elektrik dartı sisteminin 30 dəqiqəlik maksimal gücünün ölçülməsi baxımından M və N kateqoriyalı mexaniki nəqliyyat vasitələrinin hərəkətə gətirilməsi üçün nəzərdə tutulan daxili yanma mühərriklərinin və ya elektrik dartı sistemlərinin rəsmi təsdiqinə dair vahid müddəalar";

Chosen
12
10
publika.az

10Sources