EN

Ərdoğanın administrasiyasından İrana sərt reaksiya: "Cavab veriləcək!"

Türkiyə İrandan buraxılan raketlə bağlı insidentdən sonra istənilən düşmən hərəkətinə cavab verməyə hazır olduğunu və NATO ilə məsləhətləşmələrin davam etdiriləcəyini bəyan edib.
 

News365.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duran X sosial şəbəkəsində yazıb.

“İrandan buraxılan raket İraq və Suriya hava məkanından keçərək Hatay bölgəsi istiqamətindən bizim hava məkanımıza doğru hərəkət edərkən NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilərək məhv edilib. Raketin qalıqları Hatayın Dörtyol rayonunda açıq əraziyə düşüb. Ölən və yaralanan yoxdur.
 

Qurumlarımız prosesi real vaxt rejimində və tam koordinasiya şəraitində izləyiblər. Ölkəmizin və əziz xalqımızın təhlükəsizliyini təmin etmək üçün iradəmiz və imkanlarımız ən yüksək səviyyədədir. Ərazimizin və hava məkanımızın qorunması üçün bütün zəruri addımlar tərəddüd etmədən atılacaq.


İstənilən düşmən hərəkətinə beynəlxalq hüquq çərçivəsində lazımi cavab veriləcək. Bu proses boyu NATO və müttəfiqlərimizlə məsləhətləşmələr və əməkdaşlıq davam edəcək”, – deyə Duran bildirib.

Chosen
7
1
news365.az

2Sources