EN

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTOLAR

İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 3 mart tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan 34 hakimin andiçmə mərasimi olub.

Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, son illər aparılmış islahatlar nəticəsində məhkəmələrə çıxış imkanları genişləndirilib, idarəetmə mexanizmləri təkmilləşdirilib. Eyni zamanda hakimlərin seçimi prosesi şəffaflaşdırılmış və sadələşdirilib. 

Diqqətə çatdırılıb ki, hakim yalnız hüquqi mübahisəni həll etmir, həm də insan taleyini müəyyən edir. Bu baxımdan hər bir işə həssaslıqla, diqqətlə və məsuliyyətlə yanaşmaq, ədalətin vaxtında və qərəzsiz təmin olunmasına xidmət etmək hakimlərin başlıca vəzifəsi olmalıdır. Sədr yeni hakimlərə şərəfli hakim adını hər zaman uca tutmağı, ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib. 

Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər. 

Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.

Daha sonra yeni təyin olunmuş hakimlər Aybəniz Rəhimova və Əli Camalov çıxış edərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına və ədalət mühakiməsinin prinsiplərinə dönmədən əməl edəcəklərinə söz veriblər.

"Cebheinfo.az"

Chosen
8
15
cebheinfo.az

10Sources