İrandan atılan ballistik raket Türkiyənin hava sahəsində zərərsiz hala gətirilib.
Ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında vurularaq zərərsizləşdirilib.
Qeyd edilib ki, ballistik raket İrandan atılıb, İraq və Suriyanın hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına doğru hərəkət edib.