EN

Doluluq uşaq sağlamlığı demək deyil -Səhiyyə eksperti

Bakı. Trend:

Uşaq doludursa, deməli sağlamdır” fikri tibbi baxımdan həmişədoğru deyil. Uşaqlarda artıq çəki və piylənmə gözlə deyil, yaşa vəcinsə uyğun boy-çəki göstəriciləri əsasında qiymətləndirilir.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyininmütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadəaçıqlayıb.

Onun sözlərinə görə, uşaqlarda bədən kütlə indeksi (BKİ) yaş vəcins üzrə normativ cədvəllərdən istifadə edilərək qiymətləndirilir:“Bu cədvəllərər əsasən 85-ci persentildən yuxarıdırsa artıq çəki,95-ci persentildən yuxarıdırsa piylənmə sayılır. Eyni zamanda,böyümə əyrisinə də baxmaq vacibdir, yalnmız tərəzidəki rəqəmdiaqnoz qoymur”.

Mütəxəssis-ekspert bildirib ki, çörək yemək isə uşağın avtomatiksağlam olması demək deyil: “Çörək qida rasionunun bir hissəsi olabilər, amma sağlamlıq bütöv qidalanma modeli ilə ölçülür. Uşaqmeyvə, tərəvəz, zülal, süd məhsulları və müxtəlif qida qrupları iləbalanslı qidalanmalıdır. Taxıl qrupunda da ən azı yarısının tamtaxıl olması tövsiyə edilir. Valideynlər, xüsusilə buna diqqətetməlidirlər. Uşaqda çəkinin sürətlə artması, qarın nahiyəsindəhəddindən artıq piylənmə, az hərəkətlilik, nəfəs darlığı,xoruldama, tez yorulma, boy artımının zəifləməsi, boyun vəqoltuqaltında dərinin tündləşməsi kimi əlamətlər varsa, bu artıqsadəcə “doluluq” yox, xəstəlik siqnalı ola bilər. Uşaqlıqpiylənməsi gələcəkdə yüksək təzyiq, insulin müqaviməti, tip 2diabet və yuxu problemləri riskini artırır”.

A.Əkbərzadə sonda vurğulayıb ki, ən doğru yanaşma uşağıngörünüşünə görə yox, pediatr və ya uşaq endokrinoloqu tərəfindənboy-çəki dinamikasının, qidalanma vərdişlərinin, fiziki aktivliyinvə yuxu rejiminin birlikdə qiymətləndirilməsidir.

Chosen
75
6
az.trend.az

7Sources