EN

Rusiya ABŞ və İsraildən xarici nümayəndəlikləri üçün təhlükəsizlik zəmanəti tələb edir

Yaxın Şərqdə Rusiyadan təxminən 50 min turist var.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, 6-8 min rusiyalı turist isə hava əlaqəsinin bağlanması səbəbindən Asiya ölkələrini tərk edə bilmir.

Bundan başqa Zaxarova bildirib ki, Rusiya ABŞ və İsraildən Rusiyanın xarici nümayəndəlikləri üçün təhlükəsizlik zəmanəti tələb edir.

O xatırladıb ki, Vaşinqton və Təl-Əvivə Rusiya diplomatik nümayəndəliklərinin yeri barədə məlumat verilib.

Chosen
5
4
apa.az

6Sources