Yaxın Şərqdə Rusiyadan təxminən 50 min turist var.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, 6-8 min rusiyalı turist isə hava əlaqəsinin bağlanması səbəbindən Asiya ölkələrini tərk edə bilmir.
Bundan başqa Zaxarova bildirib ki, Rusiya ABŞ və İsraildən Rusiyanın xarici nümayəndəlikləri üçün təhlükəsizlik zəmanəti tələb edir.
O xatırladıb ki, Vaşinqton və Təl-Əvivə Rusiya diplomatik nümayəndəliklərinin yeri barədə məlumat verilib.