EN

İran gəmisi batırıldı: 101 nəfər itkin düşüb, onlarla yaralı var

İranın "IRIS Dena" hərbi gəmisi Şri Lanka sahillərində sualtı hücum nəticəsində batıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində azı 101 ekipaj üzvü itkin düşüb, 78 nəfər yaralanıb.

Hücumun kim tərəfindən törədildiyi hələlik məlum deyil. Hərbi mənbələr bildirir ki, 79 nəfər xilas edilərək xəstəxanaya çatdırılıb, onlardan biri ağır vəziyyətdədir. Təxminən 101 nəfərin isə itkin olduğu bildirilir.

Şri Lankanın müdafiə naziri itkinləri axtarmaq üçün əməliyyatın davam etdiyini təsdiqləyib. Yaralı dənizçilər Galle şəhərindəki xəstəxanaya yerləşdiriliblər.

Chosen
6
14
publika.az

10Sources