AZ

İranın hərbi gəmisi vuruldu - 101 nəfər itkin düşüb

Şri-Lanka sahillərində İran gəmisinə sualtı qayıq hücumu olub. Zərbədən sonra azı 101 nəfər itkin düşüb, 78 nəfər yaralanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 
 
Şri-Lankanın müdafiə nazirliyi adanın təxminən 25 mil cənubda batmış İranın "İris Dena" hərbi gəmisinin digər heyətini axtardığını bildirib.
 
Şri-Lankanın xarici işlər naziri Vajitha Herat parlamentə bildirib ki, yaralı dənizçilər adanın cənubundakı xəstəxanaya aparılıblar.
 
180 heyətdən ibarət İranın Cənub Donanmasına məxsus "Moj" seriyalı freqat səhər tezdən təcili yardım siqnalı verib.
 
Seçilən
14
14
moderator.az

10Mənbələr