EN

İran yeni ali liderini seçmək üzrədir Rəsmi

ain.az, Axar.az portalına istinadən məlumat verir.

İranın yeni ali liderinin seçilməsi prosesi başa çatmaq üzrədir.

Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Nəşr bildrib ki, seçki İranın ali liderini seçən xüsusi dövlət orqanı olan Ekspertlər Şurası tərəfindən keçirilir.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. İlk dəqiqələrdə endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur və general ölüb.

İran Ekspertlər Şurasının ötən gün onlayn qaydada seçki keçirdiyi və artıq Əli Xameneinin oğlu Müctəba Xameneini yeni lider olaraq seçdiyi bildirilsə də, SEPAH-a bağlı media qurumları məlumatı təkzib edib və seçkinin hələ başa çatmadığını elan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
2
axar.az

3Sources