EN

ABŞ və İsrailin İrandan sonrakı hədəfi açıqlandı

BAKI, 4 mart. TELEQRAF

ABŞ və İsrailin İrandan sonrakı əsas hədəfləri Türkiyə və Qətər olacaq.

Teleqraf xəbər verir ki, bu barədə İranın Özbəkistandakı səfiri Məhəmməd Əli İsgəndəri jurnalistlərə açıqlamasında bildirib.

Səfir qeyd edib ki, hazırda regiondakı müsəlman ölkələri Tehrana birmənalı dəstək nümayiş etdirirlər. Diplomatın fikrincə, bu dəstəyin arxasında dövlətlərin öz təhlükəsizliklərini qorumaq instinkti dayanır.

"İndi bütün müsəlman ölkələri bizi dəstəkləyir. Çünki onlar bilirlər ki, bizdən sonrakı hədəf özləri olacaqlar. İrandan sonra növbəti hədəf Türkiyə və Qətərdir", - M.İsgəndəri vurğulayıb.

Chosen
19
teleqraf.com

1Sources