İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ərazinin təhlükəli olması barədə xəbərdarlıqlara məhəl qoymayan ondan çox tankerə hücum edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə SEPAH-ın hərbi dəniz qüvvələrinin komandan müavini Məhəmməd Əkbərzadə məlumat yayıb. O bildirib ki, gəmilər boğazdan keçməzdən əvvəl bir neçə dəfə xəbərdarlıq edilib, lakin onlar irəliləməyə davam ediblər.
O bildirib ki, ona görə də bu 10-dan çox neft tankeri müxtəlif mərmilərlə vurulub və yandırılıb.
Əkbərzadə deyib ki, SEPAH-ın hərbi dəniz qüvvələri əvvəllər qlobal naviqasiya şəbəkəsinə gəmilərə raket və ya pilotsuz təyyarə hücumları riski barədə xəbərdarlıq göndərib və əraziyə girməməyi tövsiyə edib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Hörmüz boğazından keçən tankerlər üçün hərbi müşayiət təmin edəcəyinə söz vermişdi.
Musavat.com