EN

Tanınmış futbolçuya qeyri-adi qadağa: Hər kəsə olar, ona yox

"Vest Hem"in baş məşqçisi Nuno Eşpirito Santo Premyer Liqanın ən atletik futbolçularından biri sayılan Adama Traore ilə bağlı gözlənilməz qərar qəbul edib.

Publika.az xəbər verir ki, ispaniyalı vinger artıq trenajor zalında ağırlıq qaldırmayacaq.

30 yaşlı futbolçu uzun illərdir güclü fiziki göstəriciləri ilə seçilir. Onun əzələli bədən quruluşu və partlayıcı sürəti Premyer Liqada çıxış etdiyi dövrdən vizit kartına çevrilib. Traore 145 kiloqramı uzanıqlı vəziyyətdə qaldıra bilir, təxminən 86 kiloqram çəkisi var və çempionatın ən sürətli oyunçularından biridir. Maksimal sürəti 36,64 km/saat qeydə alınıb.

Buna baxmayaraq, Nuno hesab edir ki, əlavə güc yüklənmələrinə ehtiyac yoxdur:

“Onun bədən quruluşu inanılmazdır. Bu, genetikadır. Amma bu xüsusiyyət onda çoxdan var və o, zaldan uzaq durmalıdır. Mən ona dedim ki, ştanqdan uzaq olsun. Üzərində daşıdığı çəki artıq kifayətdir”.

Chosen
100
publika.az

1Sources