EN

ABŞ öz vətəndaşlarına müraciət etdi: Kipri dərhal tərk edin

ABŞ öz vətəndaşlarına müraciət etdi: Kipri dərhal tərk edin

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Amerika Birləşmiş Ştatlarının hökuməti Kiprdə yaşayan və ya bu ölkədə səfərdə olan vətəndaşlarına təcili xəbərdarlıq edib. Rəsmi Vaşinqton amerikalıları təhlükəsizlik mülahizələrinə görə adanı dərhal tərk etməyə çağırıb.

Xəbərdarlıqda bildirilir ki, vətəndaşlar hələlik kommersiya uçuşları və digər nəqliyyat imkanları mövcud ikən ölkədən çıxmalıdırlar. Dövlət Departamenti həmçinin vurğulayıb ki, vəziyyət kəskinləşəcəyi təqdirdə ABŞ səfirliyinin vətəndaşlara yardım göstərmək imkanları məhdudlaşa bilər.

Məlumata görə, bu qərar regionda son günlər artan hərbi-siyasi gərginlik və potensial hərbi risklərlə əlaqədardır. ABŞ hökuməti həmçinin digər vətəndaşlarına növbəti bildirişə qədər Kiprə səyahət etməməyi tövsiyə edib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
17
interpress.az

1Sources