Ağdaş rayonunda 40 yaşlı kişi su arxında boğularaq ölüb.
Leqal.info xəbər verir ki, hadisə martın 3-də Aşağı Ləki kəndinin ərazisində baş verib.
Fiziki qüsurlu epilepsiya xəstəsi olan kənd sakini 1986-cı il təvəllüdlü Ö. Saadovun su arxına yıxılması nəticəsində boğularaq öldüyü bildirilir.
Ö. Saadovun meyiti sudan çıxarılıb.
Faktla bağlı raşdırma aparılır.
Leqal.info