Dünyaca məşhur müğənni Selena Qomez 2025-ci ildə evləndiyi Benni Blanko ilə gündəm olub.
Musavat.com xəbər verir ki, Qomez əri Blankonun podkast kanalında qonaq olub. Selena Qomez proqramda ərinin ayaqlarını öpüb və həmin anlar kameraya çəkilib. Hadisədən sonra Blanko "Bu, mənə çox xoş gəldi, bu, özümü çox yaxşı hiss etməyimə səbəb oldu. Səni çox sevirəm",- deyə bildirib.
Qeyd edək ki, Benni Blanko bu yaxınlarda çirkli ayaqlarını göstərən video ilə xəbərlərin manşetinə çıxıb. Məşhur müğənni Selena Qomez Benni Blanko ilə 2023-cü ildə münasibətə başlayıb və cütlük 2025-ci ilin sentyabrında evlənib.
Könül
Musavat.com