ain.az bildirir, Modern.az portalına istinadən.
Fransa Birləşmiş Ərəb Əmirliklərinə "Rafale" qırıcı təyyarələrini yerləşdirib.
Modern.az xəbər verir ki, bu barədə xarici işlər naziri Jan-Noel Barrot bildirib.
"Onlar (BƏƏ-red) bizim bazalarımız üzərində hava məkanı təhlükəsizliyi əməliyyatları həyata keçiriblər",- deyə nazir qeyd edib.
Barrot təyyarələrin hansı missiyaları yerinə yetirdiyi və ya bazaları təhdid edə biləcək hər hansı dron və ya raketin vurulmasında iştirak edib-etmədiyi barədə ətraflı məlumat verməyib.
Fransa ABŞ-İsrail hücumunu tənqid edib və əməliyyatlarla bağlı prezident Emmanuel Makronun mövqeyini açıqlayıb. Nazirin sözlərinə görə, prezident Makron əməliyyatların beynəlxalq hüquqa zidd şəkildə həyata keçirildiyini düşünür.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.