Ağdaş rayonunda 40 yaşlı kişi su arxında boğularaq ölüb.
APA xəbər verir ki, hadisə martın 3-də Aşağı Ləki kəndinin ərazisində qeydə alınıb. Fiziki qüsurlu epilepsiya xəstəsi olan kənd sakini 1986-cı il təvəllüdlü Ö.Saadovun su arxına yıxılması nəticəsində boğularaq öldüyü bildirilir.
Ö.Saadovun meyiti sudan çıxarılıb.
Araşdırma aparılır.