EN

Beynəlxalq axtarışda olan daha iki şəxs Azərbaycana ekstradisiya edilib

Bakı.Trend:

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqimünasibətlər haqqında” 07 oktyabr 2002-ci il tarixli Konvensiyanıntələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlarıMusayev Əbdül Ruslam oğlu və Hüseynov Rüstəm Əhməd oğlununekstradisiyası haqqında Azərbaycan Respublikası Baş Prokurorluğununvəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təminedilib.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş MütəşəkkilCinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayətişi üzrə Musayev Əbdül Ruslam oğlunun, Bakı şəhəri Pirallahı rayonprokurorluğunda aparılan ibtidai istintaq üzrə isə Hüseynov RüstəmƏhməd oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsininmüvafiq maddələrində göstərilən cinayət əməllərini törətmələrinəəsaslı şübhələr müəyyən edildiyindən, onların barəsindətəqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbuledilərək beynəlxalq axtarış elan olunub.

Hər iki şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusikonvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Chosen
86
37
az.trend.az

10Sources