EN

Starmer Çörçill deyil - Tramp

Böyük Britaniyanın hazırkı Baş naziri Keir Starmer ABŞ prezidenti Donald Trampı “xoşagəlməz bir şəkildə” təəccübləndirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Tramp Ağ Evdə jurnalistlərə açıqlayıb.

O,  hazırkı Britaniya baş nazirinin artıq Uinston Çörçill olmadığından şikayətlənib: "Biz çox təəccübləndik. O, Uinston Çörçill deyil".

Amerika prezidenti Londonun ABŞ ordusunun Hind okeanında Dieqo Qarsiya adsındakı Britaniya bazasından strateji bombardmançı təyyarələri endirmək üçün istifadə etməsinə icazə verməkdən ilkin imtinasını belə şərh edib.

O, əlavə edib ki, "ora enmək əlavə saatlarla uçmaqdan daha rahat olardı".

Musavat.com

Chosen
28
musavat.com

1Sources