“Bakı Elektroavtomat” ASC-nin (VÖEN: 1200011221) səhmdarlarının növbəti ümumi yığıncağı 20 aprel 2026-cı il tarixdə saat 15:00-da keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Bakı Elektroavtomat” ASC-nin inzibati binasında baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
-
Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;
-
Cəmiyyətin 2025-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;
-
Direktorlar (Müşahidə) Şurasının formalaşdırılması;
-
İcra orqanının formalaşdırılması;
-
Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması;
-
Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər.
Qeyd olunub ki, ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlavə məlumat üçün əlaqə telefonu: (050) 300-33-82.