AZ

“Bakı Elektroavtomat”ın rəhbərliyi formalaşdırılacaq - YIĞINCAQ

“Bakı Elektroavtomat” ASC-nin (VÖEN: 1200011221) səhmdarlarının növbəti ümumi yığıncağı 20 aprel 2026-cı il tarixdə saat 15:00-da keçiriləcək.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Bakı Elektroavtomat” ASC-nin inzibati binasında baş tutacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

  1. Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;

  2. Cəmiyyətin 2025-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;

  3. Direktorlar (Müşahidə) Şurasının formalaşdırılması;

  4. İcra orqanının formalaşdırılması;

  5. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması;

  6. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər.

Qeyd olunub ki, ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

Əlavə məlumat üçün əlaqə telefonu: (050) 300-33-82.

Seçilən
18
fed.az

1Mənbələr