EN

Asif Şirəliyev ən yaxşı hakimi seçildi

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanlı güləş referisi Asif Şirəliyev Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirinin ən yaxşı hakimi seçilib. Sport24.az xəbər verir ki, I-S kateqoriyalı hakim fevralın 25-dən martın 1-dək baş tutan reytinq xarakterli yarışda ədaləti yüksək səviyyədə qoruduğu üçün yerli federasiya tərəfindən təltif edilib.

Albaniya Güləş Federasiyasının prezidenti Sahit Prizreni həmyerlimizə turnirin ən yaxşı hakimi üçün nəzərdə tutulmuş xüsusi mükafatı təqdim edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
8
sport24.az

9Sources