Bizon ölkə kubokun 1/4 final mərhələsinin cavab oyununda səfərdə “Zirə”yə uduzan “Sumqayıt” mübarizədən çəkildi.
“Football-plus.az” qonaqların baş məşqçisi Saşa İliçin mətbuat konfransından hesabatı təqdim edir.
- “Zirə”ni təbrik edirəm. Kubok oyunları çətin olur. İlk yarıda yaxşı oynadıq. Buraxılan səhv qola gətirib çıxardı. Ninkoviçin qırmızı vərəqə alması planlarımızı pozdu.
- İntizam problemini qəbul edirsiz?
- Xeyr. Amma oyunçuların bacarığı budu.
- Ninkoviç qovulana qədər də rəqib müdafiəsini yarmaqda problem var idi, alınmırdı.
- Fürsətlərimiz çox olmadı. Rəqib də ilk şansda qol vurdu. “Zirə” ilə 4 oyunda da bərabər səviyyədə oynadıq. Bacardığımızı etdik. Onlar çox səviyyəli komandadı.
- Komanda 9 oyundu qələbə qazana bilmir. Tonusdan düşməyin səbəbi nədi? Yankoviç də formasından uzaqdı…
- Oyunçularla bağlı müzakirə etmək istəmirəm. Bəli, eniş var. Bizi qarşıda oyunlar gözləyir. Ümidliyik, gözləyirik.
- Avrokuboklara vəsiqə ümidiniz nə qədərdi?
- Qeyri-realdı, mümkün deyil.
- Ninkoviç komandanı arxasında daşımalıdı, amma iki oyundu qırmızı vərəqə alır. Problem nədi?
- Ondan gözləntilərimiz böyükdü. Ola bilər ki, psixoloji problemləri var. Hələ ki ümidləri doğrultmur.
MÜZƏFFƏR QULUZADƏ