Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bizon ölkə kubokun 1/4 final mərhələsinin cavab oyununda səfərdə “Zirə”yə uduzan “Sumqayıt” mübarizədən çəkildi. “Football-plus.az” qonaqların baş məşqçisi Saşa İliçin mətbuat konfransından hesabatı təqdim edir.- “Zirə”ni təbrik edirəm. Kubok oyunları çətin olur. İlk yarıda yaxşı oynadıq. Buraxılan səhv qola gətirib çıxardı. Ninkoviçin qırmızı vərəqə alması planlarımızı pozdu.- İntizam problemini qəbul edirsiz?- Xeyr. Amma oyunçuların bacarığı budu.- Ninkoviç qovulana qədər də rəqib müdafiəsini yarmaqda problem var idi, alınmırdı.- Fürsətlərimiz çox olmadı. Rəqib də ilk şansda qol vurdu. “Zirə” ilə 4 oyunda da bərabər səviyyədə oynadıq. Bacardığımızı etdik. Onlar çox səviyyəli komandadı.- Komanda 9 oyundu qələbə qazana bilmir. Tonusdan düşməyin səbəbi nədi? Yankoviç də formasından uzaqdı…- Oyunçularla bağlı müzakirə etmək istəmirəm. Bəli, eniş var. Bizi qarşıda oyunlar gözləyir. Ümidliyik, gözləyirik.- Avrokuboklara vəsiqə ümidiniz nə qədərdi?- Qeyri-realdı, mümkün deyil.- Ninkoviç komandanı arxasında daşımalıdı, amma iki oyundu qırmızı vərəqə alır. Problem nədi?- Ondan gözləntilərimiz böyükdü. Ola bilər ki, psixoloji problemləri var. Hələ ki ümidləri doğrultmur.MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.