EN

Britaniyada 700 at gücündə Audi yarış avtomobili satışa çıxarılıb...

...Böyük Britaniyada 2015-ci il istehsalı olan Audi R18 yarış avtomobili satılır. İdman prototipi 700 at gücündən çox dizel mühərriki olan qeyri-adi hibrid güc aqreqatı ilə təchiz olunub. SİA-nın məlumatına görə, Audi R18 e-tron son illərin ən qeyri-adi yarış avtomobillərindən biridir.

O, Classic Driver saytında yer alıb.

Audi R18, məşhur 24 saatlıq Le Man yarışında cəmi 13 dəfə qalib gələn idman prototipləri seriyasının son modelidir. Onun üç qələbəsi var.

Audi R18 e-tron-un unikal xüsusiyyəti, arxa təkərləri hərəkətə gətirən 558 at gücünə malik 4.0 litrlik turbodizel V6 və ön oxda 272 at gücünə malik elektrik mühərriki ilə təchiz olunmuş qeyri-adi hibrid güc aqreqatıdır.

Ümumi güc 700 at gücündən çoxdur.

Karbon lifli Audi R18 e-tron cəmi 870 kq ağırlığındadır. İdman avtomobili saatda 340 km-dən çox sürətə çata bilir. Zərif kupe, şaquli stabilizator və nəhəng arxa qanad da daxil olmaqla, mürəkkəb aerodinamikaya malikdir.

İdman prototipi həmçinin o dövrdə nadir hallarda rast gəlinən matris faralar ilə təchiz olunmuşdu.

Bu Audi R18 e-tron 2015-ci ildə fəal şəkildə yarışlarda iştirak etmiş və ən yüksək nailiyyəti Belçika Spa-Francorchamps trasında dördüncü yeri tutmaq olmuşdur.

Avtomobil yaxşı saxlanılmış və tam funksionaldır.

Nazlı Almuradova

Chosen
5
1
sia.az

2Sources