Footbal-plus saytına istinadən ain.az xəbər verir.
Lamin Yamal peşəkar karyerasında ilk dəfə het-trik edib."Football-plus.az" xəbər verir ki, tarixi uğur İspaniya La Liqasının 26-cı turu çərçivəsində keçirilən “Vilyarreal”la matçda (4:1) qeydə alınıb. “Barselona”nın 18 yaşlı futbolçusu ilk het-trikini bu komandanın forması ilə çıxdığı 140-cı matçda reallaşdırıb. Yeniyetmə hücumçu rəqib qapısına üç dəfə yol taparaq komandasının qələbəsində böyük rol oynayıb.“Opta”nın məlumatına görə, Yamal bu nailiyyəti ilə 21-ci əsrdə İspaniya çempionatında het-trik edən ən yeniyetmə futbolçu kimi tarixə düşüb. Əlavə edək ki, cari mövsümdə bütün turnirlərdə 31 oyuna çıxan Lamin 16 qol və 13 məhsuldar ötürmənin müəllifi olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.