EN

Azərbaycan kuboku: “Zirə” yarımfinalda – YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start verilib. 

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

“Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edib. Matç “Zirə”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar arasında ilk matçda qalib aşkarlanmayıb.

Qeyd edək ki, “Zirə” yarımfinalda “Turan Tovuz” – “Kəpəz” cütünün qalibi ilə üz-üzə gələcək.

Azərbaycan kuboku

1/4 final, cavab oyunları

3 mart (çərşənbə axşamı)

19:00. “Zirə” – “Sumqayıt” – 2:0

Qol: Davit Volkov, 27, Ceyhun Nuriyev, 88
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 0:0 

Chosen
1
5
idmanxeber.az

10Sources