AZ

“Sumqayıt” kubokda mübarizəni dayandırdı

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Msport.az xəbər verir ki, ilk oyun gününə bir görüş keçirilib.

“Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edib.

Bu komandalar arasında ilk matçda qalib aşkarlanmayıb. “Zirə” 2:0 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.

Rəşad Sadıqovun komandası yarımfinalda “Turan Tovuz” – “Kəpəz” cütünün qalibi ilə qarşılaşacaq.

Azərbaycan kuboku

1/4 final, cavab oyunları

3 mart (çərşənbə axşamı)

19:00. “Zirə” – “Sumqayıt” – 2:0 

Qol: Davit Volkov, 27, Ceyhun Nuriyev, 88

Qırmızı vərəqə: Nikola Ninkoviç, 84.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 0:0

4 mart (çərşənbə)

19:00. “Qarabağ” –  “Şamaxı”
İlk oyun – 1:2

5 mart (cümə axşamı)

14:30. “Kəpəz” – “Turan Tovuz”
İlk oyun – 0:1

18:00. “Qəbələ” – “Sabah”
İlk oyun – 0:0

Seçilən
3
1
msport.az

10Mənbələr