EN

Azərbaycan millisi Şimali Makedoniyanı məğlub etdi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatı – 2027-nin seçmə mərhələsində mübarizəyə başlayıb. Metbuat.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz ilk oyununu Şimali Makedoniya yığmasına qarşı keçirib. “Dalğa Arena”da təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edib. Saat 15:00-da başlayan qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

3 mart
Azərbaycan (Qadınlar) – Şimali Makedoniya (Qadınlar) 2:0
Qollar: Sevinc Cəfərzadə, 28, 78

Chosen
4
2
metbuat.az

3Sources