EN

Xaçmazın Qımılqışlaq kəndində Od Çərşənbəsi milli adət-ənənələrimizə uyğun qeyd olunub (FOTO)

Bakı. Trend:

Xaçmazın Qımılqışlaq kəndində Od Çərşənbəsi milliadət-ənənələrimizə uyğun qeyd olunub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayonprokuroru Rəşad Məmmədov, şəhid ailələri, qazilər və kənd sakinləriiştirak ediblər.

Əvvəlcə şəhid ailələri tərəfindən bayram tonqalı alovlandırılıb.Milli geyimli oğlanlar və qızlar tonqal ətrafında rəqs ediblər.İştirakçılara Od çərşənbəsi haqqında ətraflı məlumat verilib və buçərşənbənin insanların oda, Günəşə olan inamından irəli gələrəkillərdir qeyd edildiyi vurğulanıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləriqarşıdan gələn Ramazan ayı və Novruz bayramı münasibətilə təbrikedib. Od Çərşənbəsinin Qımılqışlaq kəndində yalnız bir çərşənbəbayramı kimi deyil, milli kimliyimizin, tarixi yaddaşımızın vəgələcəyə inamımızın təntənəsi kimi qeyd olunduğunu bildirib.

Tədbir çərçivəsində mədəniyyət işçiləri və məktəblilər Novruzənənələrini yaşadıblar. Milli xalq rəqsləri nümayiş olunub, şənmahnılar səsləndirilib. Novruza aid səhnəciklər təqdim edilib.Həmçinin, bayram şirniyyatlarından ibarət xonçalar bəzədilib.Bayram proqramı iştirakçılarda xoş ovqat yaradıb.

Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Chosen
19
19
az.trend.az

10Sources