EN

Müharibəni onlar dayandırmalıdır

"Onlar müharibəni dayandırmalıdırlar. Bunu biz başlatmamışıq, seçimimiz diplomatiya idi".

Publika.az "Al Jazeera"yə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət çox gec olmadan öz məsuliyyətini yerinə yetirməlidir:

"Başlayan proses tezliklə Avropaya yayılacaq. ABŞ və sionist rejimin alovlandırdığı yanğın bütün dünyanı bürüyəcək. Avropanın bütün yanaşmaları ziddiyyətlidir. Qanunun və əxlaqi prinsiplərin pozulması Yer üzündəki hər bir insana təsir edəcək nəticələrə səbəb olacaq. Əgər Avropa ölkələri bunu başa düşsə, şübhəsiz ki, laqeyd mövqelərindən əl çəkəcəklər".

Chosen
19
39
publika.az

10Sources