EN

Şəfa ilə görüşə 1 xal yox, qələbə üçün çıxacağıq Şahdağ Qusar ın baş məşqçisi

Fanat saytına istinadən ain.az xəbər verir.

1-ci Liqanın 17-ci turunda lider "Şəfa" son 4 oyunda qələbə qazanan "Şahdağ Qusar"ı qəbul edəcək. Binə qəsəbə stadionunda baş tutacaq qarşılaşma ərəfəsində qonaq komandanın baş məşqçisi Elnur Abdullayev ilə əlaqə saxlayıb oyun barədə fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"İkinci dövrəyə yaxşı başlamışıq. Dörd oyunda dörd qələbə qazanmışıq. Budəfəki rəqibimiz liqanın lideridir. Oyunun məsuliyyətini dərk edirik. "Şəfa" ilə görüşə 1 xal yox, qələbə üçün çıxacağıq. Liderlə matça da digər oyunlara olduğu kimi hazırlaşırıq. Məqsədimiz "Şahdağ Qusar"ın turnir cədvəlində yuxarı pillələrdə olmasıdır. Rəqibə hörmətlə yanaşırıq. Bu oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Şəfa" - "Şahdağ Qusar" matçı martın 5-də keçiriləcək. Görüşün start fiti 15:00-da səsləndiriləcək.

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
1
fanat.az

2Sources