EN

İlkin Fikrətoğlu - ”Qarabağ” kiçik Norveç klubuna baxıb, utansınmı?

“Hə, ortada bir adlı-sanlı “İnter”i Çempionlar Liqasından kənarlaşdıran “Bodo Qlimt” nümunəsi var”.

Bu sözlər Sportinfo.az saytının və “Sportinfo TV”nin baş redaktoru İlkin Fikrətoğluna məxsusdur.

Tanınmış jurnalist Çempionlar Liqasında pley-off mərhələsinədək yüksəlmiş ”Qarabağ”a qarşı yönəlik bəzi tənqidlərə sərt reaksiya verib:

”Bəziləri sosial şəbəkələrdə yazır ki, ”Qarabağ” kiçik Norveç klubuna baxıb, utansın. Bunu yazan, belə düşünənlər - Norveçlə müqayisədə biz təkcə futbola görəmi utanmalıyıq?

Norveçin futbol yox e, təhsil. səhiyyə, bank sistemi, həyat səviyyəsi, sosial rifahına və ən nəhayət, bir norveçlinin dürüstlüynə, işinə və cəmiyyətə yanaşmasına, oğurluğa, kriminala münasibətinə, düşüncə tərzinə, təfəkkürünə baxıb utanın, sonra hamımız birlikdə yığışıb, Çempionlar Liqasının 1/16 final mərhələsində ”Nyukasl”a uduzduğumuza görə utanarıq.

Qarnıqurddular hər zaman olub, olacaq da. ”Qarabağ”ın Avropada bu yerlərə gəlib çıxmasına dəyər verənlərin sayı isə elələrindın min dəfə çoxdur”.

Chosen
13
sportinfo.az

1Sources