EN

"Qızıl top"un qalibinin taleyi necə olacaq? - "Real" onu izləyir

2024-cü ilin “Qızıl top” mükafatçısı Rodrinin gələcəyi yaxın aylarda müəyyənləşəcək.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 29 yaşlı dayaq yarımmüdafiəçisi "Mançester Siti" ilə gələcək müqaviləsi ilə bağlı qeyri-müəyyənlik şəraitində 2026/27 mövsümünə başlamaq istəmir. Rodrinin “şəhərlilər”lə hazırkı sözləşməsi məhz 2027-ci ilin iyununun sonuna qədər qüvvədədir.

Eyni zamanda, artıq uzun müddətdir ki, mətbuatda "Real"ın futbolçuya maraq göstərməsi ilə bağlı informasiyalar yayılır. Qeyd olunur ki, “kral klubu” ispaniyalı yarımmüdafiəçini 2026-cı ilin yay transfer pəncərəsində heyətinə qatmağa cəhd edəcək.

"Transfermarkt" portalı ispaniyalı futbolçunun dəyərini 75 milyon avro qiymətləndirir. Rodri karyerası ərzində "Atletiko"da 47, "Vilyarreal"da 84, "Mançester Siti"də isə 288 oyun keçirib.

Chosen
224
12
publika.az

10Sources