EN

TAP strateji əhəmiyyətli infrastruktur layihəsidir - İtaliya səfiri

Bakı. Trend:

Transadriatik Boru Kəməri (TAP) strateji əhəmiyyətliinfrastruktur layihəsidir.

Trend xəbər verirki, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di CanfrançeskoCənub Qaz Dəhlizinin Məşvərət Şurası nazirlərinin bu gün Bakıdakeçirilən 12-ci iclasında etdiyi çıxışda deyib.

“Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracınıartırmaqda davam edir və bununla da region üzrə enerjitəhlükəsizliyini gücləndirərək etibarlı və fasiləsiz enerjitəchizatını təmin edir. Gələcəyə baxdıqda, təbii qaz enerjikeçidinin dəstəklənməsində mühüm rol oynamaqda davam edəcəkdir.Cənub Qaz Dəhlizi, xüsusilə də onun son seqmenti olanTrans-Adriatik Boru Kəməri gələcək illərdə ötürmə gücü artırılacaqstrateji əhəmiyyətli infrastruktur layihəsidir. Bu kəmər Xəzərhövzəsi ilə Avropa bazarı arasında birbaşa bağlantı yaradaraqtəhlükəsiz, çevik və şəffaf enerji axınlarını təmin edir”,- səfirbildirib.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizivasitəsilə Avropaya nəqli başladılıb. TAP-ın illik ötürməqabiliyyəti 10 milyard kubmetr təşkil edir, eyni zamanda onun 20milyard kubmetrədək artırılması imkanı nəzərdə tutulub.

Cənub Qaz Dəhlizinin əsas elementlərindən biri olanTransadriatik qaz kəməri Xəzər dənizində yerləşən “Şahdəniz”yatağından təbii qazı birbaşa Avropa bazarlarına nəql edir.

2026-cı il yanvarın 1-dən etibarən TAP qazın nəqli üzrə yenisaziş (GTA) çərçivəsində əlavə uzunmüddətli ötürmə qabiliyyətitəqdim edib.

Məqalədə:
Chosen
28
az.trend.az

1Sources