Bakı. Trend:
Regiondan müxtəlif istiqamətlərə enerji ixracı da yaşılsiyasətimizin vacib hissəsini təşkil edir.
Trend xəbərverir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bugün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cüiclası çərçivəsində çıxışında deyib.
Onun sözlərinə görə, "yaşıl enerji" üç əsas sütuna əsaslanır:"Birincisi, enerji təhlükəsizliyi, təbii ki, iqtisadi faydalar vəhəmçinin ətraf mühitin davamlılığıdır.
Azərbaycanın yaşıl enerji layihələrini inkişaf etdirərək və buenerjinin Avropa qitəsinə ixracını planlaşdıraraq, ilk növbədəölkəmizin, Azərbaycan Respublikasının, həmçinin yaxınqonşularımızın enerji təhlükəsizliyini təmin edirik, eləcə dəAvropa tərəfdaşlarımız üçün. Təbii ki, qeyd etdiyim kimi, bulayihələr iqtisadi baxımdan da bütün tərəfdaşlarımız, o cümlədənAvropa İttifaqı tərəfdaşlarımız üçün faydalıdır".
"Bu layihələrin ətraf mühit baxımından da çox önəmli tərəfivardır. Bu sahədə həyata keçirdiyimiz bütün proqramlar sayəsindəhəm özümüzün, həm də tərəfdaşlarımızın ətraf mühit təhlükəsizliyinəciddi töhfə veririk", - nazir qeyd edib.