EN

Avtomobil akkumulyatorunun ömrünü necə uzatmaq olar?

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Akkumulyator batareyası avtomobilin çox vacib elementi olub, həssas yanaşma tələb edir.

 

Doğrudur, müasir akkumulyatorlara qulluq tələb olunmur. Lakin, bu heç də onların diqqətdən kənarda saxlanması anlamına gəlmir.

Avtosfer.az xəbər verir ki, akkumulyatorun orta istisma müddəti təxminən 5 ildir. Lakin Azərbaycandakı kimi yayı çox isti keçən ölkələrdə batareyanın ömrü azalır. Hava ilə yanaşı, avtomobil sahibinin də münasibəti böyük rol oynayır. 

Batareyanın ömrünü uzadan bəzi sadə üsullar mövcuddur. İlk olaraq, mühərrik işləmədiyi zaman faraları yandırmaq, yaxud radionu işlətmək batareyanın boşalmasına səbəb olur. Bəzən gecə unudulan salon işığı və ya qabarit fənərlər də soyuq havada akkumulyatorun sürücü jarqonu ilə desək “ölməsinə” səbəb olur. Bu zaman avtomobili işə salmaq üçün başqa akkumulyator tapmaq lazım gəlir.

Avtomobilin günlərlə işə salınmaması da batareyanın ömrünü azaldır. Konstruksiyasından asılı olmayaraq istənilən akkumulyator işlənmədikdə belə təbii şəkildə boşalır. Bəzən sürücülər mühərriki bir neçə dəqiqə işə salmaqla hər şeyin qaydasında olduğunu zənn edirlər.

Halbuki, akkumulyatorun tam dolması üçün gündə azı 20 dəqiqə hərəkət lazımdır.

Akkumulyator batareyasına qulluğa gəlincə: müasir akkumulyatora su və ya elektrolit əlavə etməyə ehtiyac yoxdur. Lakin oksidləşmiş kontaktların təmizlənməsi mütləqdir ki, bunu da hər bir sürücü edə bilər. Bunun üçün kontaktın üzərinə ya sodalı su, ya da adi qazlı su tökərək bir müddət gözləmək lazım gəlir.

Ardınca kontaktı silib təmizləmək və yağlamaq lazım gəlir. Çirkli akkumulyatorun su ilə yuyulub təmizlənməsi də onun isti havalarda daha yaxşı soyumasınıl təmin edir. 

VACİB QEYD: zədəli, şişmiş akkumulyator batareyasına toxunmaq olmaz. Onu dərhal yeniləmək lazımdır və bu işi yalnız mütəxəssis icra etməlidir.

Vüqar Yaşaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
avtosfer.az

1Sources